Məktəbdə dərslər dayandırılıb, direktorun istefası tələb olunur - Fotolar
Tarix: 20-02-2023 12:13 | Bölmə: Cəmiyyət
Məktəbdə dərslər dayandırılıb, direktorun istefası tələb olunur

Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbdə etiraz aksiyası keçirilir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, müəllim və valideynlər məktəbin direktoru Məhnurə İsmayılovanın vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər.

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, o, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Diqqətinizə çatdırırıq ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü ildə Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildiriblər ki, bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

"Məlumat üçün bildiririk ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılır və ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək”.

Qeyd olunur ki, Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}