Qarabağ zonasına qanunsuz keçən şəxslər saxlanılıb
Tarix: 20-02-2023 15:10 | Bölmə: Cəmiyyət
Qarabağ zonasına qanunsuz keçən şəxslər saxlanılıb

Mina və digər partlayıcı vaistələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.

Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}