Bakıdakı liseyin müəllim və şagirdləri köçürülür
Tarix: 22-02-2023 10:11 | Bölmə: Cəmiyyət
Bakıdakı liseyin müəllim və şagirdləri köçürülür

147 nömrəli Texniki Humanitar Liseyin kontingenti müvəqqəti olaraq köçürülür.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.

Məlumata görə, liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib. Diqqətə çatdırılıb ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunur.

Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur.

Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq.(Report)




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}