21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanın Türkiyədəki mobil hospitallarında 1364 nəfərə tibbi xidmət göstərilib - Video
Tarix: 22-02-2023 10:21 | Bölmə: Cəmiyyət
Azərbaycanın Türkiyədəki mobil hospitallarında 1364 nəfərə tibbi xidmət göstərilib

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə
qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Reyting.az
FHN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.








Bölməyə aid digər xəbərlər
bütün xəbərlər