Nərimanov Rayon Polis İdarəsinə rəis təyin edilib
Tarix: 22-02-2023 13:06 | Bölmə: Cəmiyyət
Nərimanov Rayon Polis İdarəsinə rəis təyin edilib

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.

Bu təyinata qədər o, DİN-nin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.

Qeyd edək ki, A. Heydərov daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi kimi çalışıb.(“Qafqazinfo”)




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq