21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyədə zəlzələdən sonra dəniz geri çəkilib?
Tarix: 22-02-2023 17:28 | Bölmə: Cəmiyyət
Türkiyədə zəlzələdən sonra dəniz geri çəkilib?

Türkiyədəki əsrin fəlakətindən sonra dənizin kəskin çəkilməsinin səbəbi açıqlanıb.

Reyting.az
xarici xəbər resurslarına istinadla bildirir ki, bu barədə İstanbul Texniki Universitetinin geofizik alimləri məlumat yayıblar.

Qeyd olunur ki, Türkiyənin bəzi vilayətlərində dəniz suyunun sahildən kəskin geri çəkilməsi bu bölgədə baş vermiş zəlzələlərlə bağlı deyil.

Əvvəl yayılmış informasiyaya görə, Türkiyənin cənub-qərbindəki Akyaka kurort şəhərinin yaxınlığında Egey dənizi 50 metr geri çəkilib. Bundan başqa, turistləri İstanbul rayonunda Mərmərə dənizinin 15-20 metr geriləməsi faktı da narahat etmişdi. Burada qumlu sahil çılpaqlaşıb və sualtı qayalar görünməyə başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər