Pişiklər zəlzələnin ağrısını insanlar kimi yaşayır... - Foto
Tarix: 23-02-2023 18:30 | Bölmə: Cəmiyyət
Pişiklər zəlzələnin ağrısını insanlar kimi yaşayır...

Türkiyədə zəlzələnin uçurduğu binaların həndəvərində sahiblərini gözləyən pişiklərə rast gəlmək mümkündür.

Reyting.az
xəbər verir ki, sosial şəbəkələrdə əsrin fəlakətini insanlarla bərabər yaşayan ev pişiklərinin foto-video görüntüləri seyrçilərin göz yaşlarına səbəb olub.



Türkiyədə əsrin fəlakəti sayılan zəlzələnin qurbanları arasında təkcə insanlar deyil, onların dördayaqlı ev sakinləri də var. Dağıntılar altından salamat və ya yaralı vəziyyətdə çıxarılmış pişiklərin fotolentə alınmış görüntüləri hamını kövrəldib.

Türk telekanallarının birində bu təbət hadisəsini əbəs yerə “bütün canlıların fəlakəti” kimi təqdim etməyiblər. Başlarına uçmuş doğma divarları arasından salamat qurtulmuş pişiklər bu gün də dağıntıların ətrafında dolaşır, “uzaq yola çıxmış” sahiblərini intizarla gözləməkdədir...

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}