21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakıda müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olunub
Tarix: 23-02-2023 19:20 | Bölmə: Cəmiyyət
Bakıda müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olunub

Bakıda narkotik maddənin təsiri altında yetkinlik yaşına çatmayan müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxt sakini olan bir nəfər DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində həmin taksi sürücüsü - Abdulağa Mustafayev saxlanılıb. Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyənləşib.

Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev bir ay müddətinə inzibati qaydada həbs edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər