Yasamalda əməliyyat: “patı” satan 3 qadın saxlanılıb
Tarix: 27-02-2023 12:29 | Bölmə: Cəmiyyət
Yasamalda əməliyyat:  “patı” satan 3 qadın saxlanılıb

Yasamal rayonunda “patı” satan 3 qadın saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadala xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan M.Quliyeva, anası A.Quliyeva və A.Əliyeva tutulublar. Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}