Türkiyənin xarici işlər naziri Misirə səfər edib
Tarix: 04-08-2024 19:36 | Bölmə: Dünya
Türkiyənin xarici işlər naziri Misirə səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.

“Hurriyet”-in xəbərinə görə, səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.

Görüşdə Misir prezidenti Abdelfattah əs-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, Hakan Fidan öncə Misirlə Qəzza sərhədindəki Rafah sərhəd-keçid məntəqəsinin qarşısına gəlib, İsrailin Qəzzada əməliyyatları dayandırması üçün beynəlxalq ictimaiyyətin təzyiqləri artırmasını vacib sayıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər