İŞİD-ə qarşı əməliyyat keçirilib, ölənlər var
Tarix: 16-09-2024 11:38 | Bölmə: Dünya
İŞİD-ə qarşı əməliyyat keçirilib, ölənlər var

İraqın Kərkük şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyatda iki kamikadze öldürülüb.

Reyting.az
xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, Kərkükün Penca Ali rayonu yaxınlığında şübhəli bir avtomobil təhlükəsizlik qüvvələri tərəfindən təqib edilib. Daha sonra şübhəli avtomobilə basqın olub. Hücum zamanı maşındakı iki kamikadze İŞİD-çi özlərini partladaraq ölüblər.

Xatırladaq ki, İŞİD 2014-cü ilin iyun ayında İraqın Mosul, Səlahəddin və Ənbar əyalətlərini bütünlüklə, Diyalə və Kərkük vilayətlərinin isə bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb. İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD-ə qalib gəldiyini elan edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər