Astana Ermənistan üzərindən Türkiyəyə yeni ticarət marşrutu aça bilər
Tarix: 21-11-2025 11:59 | Bölmə: Dünya
Astana Ermənistan üzərindən Türkiyəyə yeni ticarət marşrutu aça bilər

Qazaxıstan Ermənistan üzərindən Türkiyəyə yeni ticarət marşrutu aça bilər.

Reyting.az
xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumangarin deyib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astanaya Türkiyə limanlarına birbaşa çıxışı təmin edəcək.

“Hazırda Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut bizə Naxçıvana, daha sonra isə birbaşa Türkiyənin dəniz limanlarına çıxış imkanı verəcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, nazirin açıqlaması Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda Qazaxıstanda rəsmi səfərdə olduğu dövrə təsadüf edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər