Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb
Tarix: 20-11-2025 14:19 | Bölmə: Dünya
Rusiyaya göndərilən afrikalıları eks-prezidentin qızı aldadıb

Cənubi Afrika Respublikasının keçmiş prezidenti Ceykob Zumanın qızı Duduzíla Zuma-Sambudla dələduzluğa əl atıb. O, ölkə vətəndaşlarına yalan vədlər verib və Cənubi Afrikadan, Botsvanadan olan çox sayda gənci Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşmək üçün Rusiyaya yollamaqla, hərbi xidmətə cəlb edib.

Reyting.az
"Bloomberg" nəşrinə istinadla bildirir ki, eks-prezidentin övladı təxminən 20 gənci çox yüksək potensiala malik şəxs kimi seçib və sonra onlar "mühafizəçi hazırlığı kursları keçmək" adı ilə Rusiyaya göndərilib. Həmin şəxslərin ailələri bildirib ki, əslində, afrikalı gənclər rus dilində hazırlanmış hərbi müqavilələrin təlim sənədləri olduğunu düşündüklərinə görə, tərəddüdsüz imzalayıblar və sonradan Ukraynada yerləşən ön xəttə yollanıblar. Bu ilin avqustundan isə onlar ilə əlaqə tamamilə kəsilib.

"Bloomberg"in araşdırmaçı jurnalistləri gənclərin Rusiyaya uçuşu və kamuflyajda çəkilmiş fotolarını əldə ediblər. Yalanların qurbanına çevrilən bu kişilərin ailələri tərəfindən təqdim edilmiş yazışmalarda Zuma öncə vəd verib. Keçmiş prezidentin qızı bildirib ki, onlar "mühafizəçi hazırlığı kursları keçmək" üçün Rusiyaya gedirlər və bu gənclər cəbhəyə göndərilməyəcək, yalnız "patrul xidməti, yeməkbişirmə və silah təmizləmə" ilə məşğul olacaqlar.

Cənubi Afrika Respublikasının və Rusiya Federasiyasının rəsmiləri, eyni zamanda, eks-prezidentin qızı Zuma bu məsələ ilə bağlı jurnalistlərin sorğularına cavab verməkdən imtina ediblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər