Polşa təxribatlara qarşı tədbirləri gücləndirir
Tarix: 20-11-2025 14:12 | Bölmə: Dünya
Polşa təxribatlara qarşı tədbirləri gücləndirir

Polşa son illərdə ən böyük daxili hərbi yerləşdirmə olan “Horizon” əməliyyatına 10.000 əsgər göndərəcək.

Reyting.az
-ın məlumatına görə, Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib ki, əməliyyatın məqsədi vacib infrastrukturun qorunmasını gücləndirmək və ölkə daxilində mümkün təxribat aktlarının qarşısını almaqdır.

“Hərbi qoşunlar Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin bölmələri ilə sıx əməkdaşlıq edəcək. Kontingentə əməliyyat qüvvələri və ərazi müdafiə bölmələri də daxildir. Bu qoşunların yerləşdirilməsi zamanı Polşa yalnız canlı qüvvədən deyil, həm də hərbi texnikadan, mobil təhlükəsizlik və kəşfiyyat sistemlərindən də istifadə etmək niyyətindədir”, - nazir əlavə edib.

Onun sözlərinə görə, qoşunlar enerji, nəqliyyat və müdafiə obyektləri də daxil olmaqla, müxtəlif sahələrə nəzarəti gücləndirir.

Bunun Avropada xarici xidmətlərin artan təxribat fəaliyyətindən qaynaqlandığı bildirilir.

Məlumata görə, “Horizon” əməliyyatının məqsədi milli müqaviməti artırmaq və hibrid təhdidlər zamanı əhalinin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, hazırda Polşa əsasən Rusiya və Belarusla gərgin münasibətlərə malikdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər