Qərb ölkəsinin səfiri Tbilisini Rusiya ilə müharibəyə çağırıb
Tarix: 10-10-2025 07:56 | Bölmə: Dünya
Qərb ölkəsinin səfiri Tbilisini Rusiya ilə müharibəyə çağırıb
Kaxa Kaladze

Qərb ölkələrindən birinin Gürstandakı səfiri 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayandan az sonra rəsmi Tbilisiyə Rusiya ilə müharibəyə başlamağı təklif edibmiş.

Reyting.az
xəbər verir ki, bunu “İmedi”yə müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, səfir Rusiyaya qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Gürcüstanın hərbi texnika ilə təmin olunacağını vəd edib.

Kaladze onu da əlavə edib ki, səfir Gürcüstan ərazisindəki separatçı qurumlarda 10 gün ərzində partizan müharibəsi aparmağı məsləhət görüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər