Kim Çen In: Şimali Koreyanı “sosialist cənnətinə” çevirəcəyəm
Tarix: 10-10-2025 08:41 | Bölmə: Dünya
Kim Çen In: Şimali Koreyanı “sosialist cənnətinə” çevirəcəyəm

Koreya Fəhlə Partiyasının 80 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxış edənm Şimali Koreyanın sədri Kim Çen In xalqla birliyi qoruyaraq ölkəni irəli aparacağını, “ölkəsini sosialist cənnətinə çevirəcəyini” vəd edib.

Reyting.az
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Mərasim dünən Pxenyandakı 1 May Stadionunda düzənlənib. Toplantıda Pxenyana dost ölkələrdən partiya və hökumət rəsmiləri, hərbi qulluqçular, xarici nümayəndə heyətləri iştirak ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər