11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Prezident keçmişdə mavi olduğunu açıqladı
Tarix: 04-06-2019 18:42 | Bölmə: Dünya
Prezident keçmişdə mavi olduğunu açıqladı

Filippin prezidenti Rodriqo Duterte Tokioya işgüzar səfəri zamanı Filippin cəmiyyəti qarşısında çıxışında gözlənilməz və qalmqallı etiraf edib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, söyləyib ki, əvvəllər “bir az mavi” olub.

Prezident bunu özünün siyasi əleyhdarı, senator Antonio Trilyanesin qeyri-ənənəvi yönlülərə aid olduğunu bəyan edəndən sonra söyləyib.

Duterte deyib ki, qeyri-ənənəvi əlaqəyə meylliliyini birinci arvadı Elizabet Tsimmermanla evli olanda hiss edib. Onlar 2000-ci ildə ayrılıblar. Duterte sonradan indiki sevgilisi – keçmiş tibb bacısı Xanilet Avançenyu ilə qarşılaşıb. Filippin liderinin sözlərinə görə, məhz ona olan hissləri onu “homoseksuallıqdan tamamilə müalicə edib”.

- Mən yenidən kişi oldum. Məni gözəl qadınlar müalicə ediblər. Mən yaraşıqlı kişilərə nifrət etməyə başladım. İndi mən gözəl qadınlara üstünlük verirəm, - Rodriqo Duterte çıxışı zamanı vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}