12:56 / 12-12-2024
Sabah yağış yağacaq
Şeyxin qızı yenidən həbs olunub
Tarix: 08-07-2019 23:31 | Bölmə: Dünya
Şeyxin qızı yenidən həbs olunub

Şeyx Yusif əl-Qərdavinin qızı Qahirə məhkəməsinin qərarı ilə azad edildikdən 2 saat sonra yenidən həbs edilib.

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, Əla əl-Qərdavi terror təşkilatına (“Müsəlman qardaşlar”) üzvlük və sponsorluqda ittiham olunub.

Misir təhlükəsizlik xidmətinin tələbi ilə o, daha 15 gün müddətinə saxlanılıb.

Əla əl-Qərdavinin atası prezident Əbdülfəttah Sisinin qatı əleyhdarı kimi tanınır.

Qətərdə yaşayan Şeyx Qərdavi Səudiyyə Ərəbistanı hakimiyyəti ilə də pis münasibətlərdədir. Ötən ilin oktyabrında o, həcc mərasiminin qadağan edilməsi barədə fətva imzalayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-12-2024, 08:41 Dmitri Medvedev Pekindədir

bütün xəbərlər