İKK baş komandanı Azərbaycanla sərhəddə olub
Tarix: 10-10-2019 15:35 | Bölmə: Dünya
İKK baş komandanı Azərbaycanla sərhəddə olub

“Bizim qeyrətli sərhədçilərimizin sayıqlığı və səyləri ilə İran Respublikasının Azərbaycan Respublikası ilə sərhədi çox təhlükəsiz, sakit və problemsizdir”.

Reyting.az
“IRİB”-ə istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanı Hüseyn Səlami bildirib.

Səlami hazırda Ərdəbil vilayətində səfərdədir. Vilayətdə Ali Rəhbərin nümayəndəsi Seyyid Ameli ilə görüşən Səlami İran və Azərbaycan Respublikasının keçid məntəqələrinə və sərhəd bölgələrinə baş çəkib və 3 saata yaxın sərhəddə və onun keçid məntəqələrində olub. O, eyni zamanda sərhəd keşikçiləri və komandirləri ilə görüşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}