Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 16 əməkdaşında koronavirus aşkarlanıb
Tarix: 30-04-2020 17:20 | Bölmə: Dünya
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 16 əməkdaşında koronavirus aşkarlanıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətində koronavirusa 16 yoluxma hadisəsi qeydə alınıb.

“News.am” xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, Xidmətin daha 13 əməkdaşı həkim müşayiəti altındadır.

Qeyd edək ki, Ermənistanda virusa yoluxanların sayı 2 066-ya yüksəlib. Ölkə üzrə pandemiyadan ümumilikdə 32 nəfər ölüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər