Gürcüstanın Baş naziri Dünya İqtisadi Forumuna dəvət olunub
Tarix: 07-12-2021 11:31 | Bölmə: Dünya
Gürcüstanın Baş naziri Dünya İqtisadi Forumuna dəvət olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili gələn ilin 17-21 yanvar tarixində Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna (DİF) dəvət alıb.

Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

DİF-in təsisçisi və icraçı sədri Klaus Şvabın dəvət məktubunda forumun əhəmiyyəti və gələcək əməkdaşlığın möhkəmləndirilməsi üçün dünyanın siyasi, biznes və vətəndaş cəmiyyətinin aparıcı liderlərinin bir araya gəlməsinin zəruriliyi vurğulanıb.

“Forum iştirakçıları Sizin Gürcüstanın dayanıqlı və ədalətli iqtisadi inkişafı ilə bağlı fikirlərinizi dinləmək imkanına görə minnətdar olacaqlar”, - məktuda deyilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər