Əfqanıstanda döyüşlər yenidən qızışır
Tarix: 17-12-2021 00:18 | Bölmə: Dünya
Əfqanıstanda döyüşlər yenidən qızışır

“Taliban”a qarşı çıxan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin döyüşçüləri son 8 gündə 61 silahlını öldürüblər.

Bu barədə yerli polis sözçüsü Sibqatullah Əhmədi feysbuk səhifəsində məlumat verib.

Müqavimət hərəkatı ilə "talib"lər arasında toqquşmalar Baqlan, Pəncşir, Kabil, Kapisa, Samanqan, Təxar, Pərvan, Badgis, Lağman, Bəlx, Fəryab, Qəzni, Qor, Herat, Nənqarhar əyalətlərində baş verib.

Partizan əməliyyatları zamanı "Taliban"ın daha 42 üzvü yaralanıb.

ABŞ bu ilin avqustunda Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra "Taliban" ölkə üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Sentyabrın 6-da "Taliban" hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti bərqərar etdiyini, sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}