17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Kreml: "Ukraynada xüsusi əməliyyat davam edəcək"
Tarix: 15-11-2022 14:27 | Bölmə: Dünya
Kreml: "Ukraynada xüsusi əməliyyat davam edəcək"

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı davam edəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna de-fakto və de-yure danışıqlar apara bilmir və aparmaq istəmir, xüsusi əməliyyat davam edəcək", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Xersonun regionun paytaxtı olaraq qalıb-qalmaması sualına isə belə cavab verib: "Xerson Rusiya Federasiyasının tərkibində regionun paytaxtı olaraq qalır, başqa qərar qəbul edilməyib".

Kremlin sözçüsü Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı danışıqlar prosesinə çağırışı haqqında danışarkən Rusiyanın danışıqlar masasını görmədiyini söyləyib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}