20:22 / 15-10-2025
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:07 / 11-10-2025

10:12 / 13-10-2025

Yaxın Şərqdəki vətəndaş qarşıdurması regional müharibəyə cevrilir
Tarix: 10-11-2015 17:51 | Bölmə: Gündəm / Xəbərlər
“Rusiya İrana S-300 raket sistemləri satmaqla əlaqədar sazişi imzalayıb. Sazişə əsasən, İran Rusiyaya 20 milyard dollarlıq neft verəcək və bunun müqabilində S-300 raketləri alacaq”.
Strateq.az xəbər verir ki, bunu həmin silahları istehsal edən Rostex şirkətinin direktoru Sergey Çemezov RİA xəbər agentliyinə açıqlamasında deyib.
Qeyd edək ki, ABŞ bu silahların İrana satılmasına qarşı çıxsa da, Moskva S-300-lərin müdafiə xarakterli olduğunu önə sürərək, onunla razılaşmır. Silah mütəxəssislərinə görə isə, S-300-dən həm də hücum məqsədilə istifadə etmək olar. Xüsusilə 150 km-lik məsafələri zərərsizləşdirmək üçün mükəmməl təsir gücünə malik olan bu raketləri İran Hörmüz boğazına yerləşdirmək istəyir. Bu baş tutarsa, İranın Bəsrə körfəzindəki mövqeləri xeyli güclənəcək.
Dünya neft ehtiyatlarının 60%-dən artığını özündə cəmləşdirən həmin körfəz isə bütün böyük dövlətlərinin uğrunda vuruşduğu ən strateji regiondur. İran-İraq müharibəsi boyunca Tehran Bəsrə körfəzində yük daşıyan gəmiləri dəfələrlə hədəfə almaqla neftdən strateji silah kimi istifadə etmək bacarığını da ortaya qoyub. Odur ki, İranın körfəzdə güclənməsi başda ABŞ olmaqla, bir çox ölkələrin maraqlarına cavab vermir.
Təsadüfi deyil ki, iki gün öncə ABŞ-ın Müdafiə naziri Eşton Karter İranın bu coğrafiyada güclənməsini istəmədiklərini açıq şəkildə dilə gətirmiş və ərəb ölkələrini ona qarşı müharibəyə səsləmişdi. Rus yetkilisinin bu gün İrana S-300 raketləri verəcəklərini açıqlaması bu təhdidə cavab təsiri bağışlayır.
O da maraqlıdır ki, Karter dünən bir başqa çıxışında Rusiyanı da açıq şəkildə təhdid etmişdi. ABŞ-ın müdafiə naziri Rusiyanın Ukrayna və Suriya təcavüzünü şərh edərkən ölkəsinin son zamanlar strateji silahların istehsalına ciddi investisiya qoyduğunu bildirmiş və hətta açıqlaya bilməyəcəyi bir layihə üzərində işlədiklərini də gizlətməmişdi. Mütəxəssislər bu açıqlamanı soyuq müharibədən sonra Rusiyaya edilmiş ən ciddi təhdid kimi qiymətləmdirmişdilər.
Ortaq təhdidin eyni ittifaqda birləşdirdiyi Rusiyanın İranı hərbi cəhətdən gücləndirməsi təkcə S-300-lərini ona satmaqla məhdudlaşmır. Moskva Tehrana həm də 20 milyard dollarlıq hərbi təyyarə və onların ehtiyat hissələrini satmağı da planlaşdırır. Bu, eyni zamanda 80 milyardlıq hərbi büdcəsi olan Rusiya üçün olduqca ciddi rəqəmdir və sanksiyalara məruz qaldığı indiki anda açılmış nəfəslikdir. Havadan müdafiə sistemləri xeyli köhnələn və ABŞ texnologiyasına əsaslanan İran üçün isə bu fürsət hərbi aviasiyasını modernizasiya etmək anlamına gəlir.
İranın özü də silahlanma yarışında dinc oturmur, uzun və orta mənzilli raketlər istehsal etməklə məşğuldur. Son zamanlar o, xeyli növdə raketləri sınaqdan çıxarmaqla “nazikqabıqlı, tez qırılan qoz” olmadığını dünya dövlətlərinə nümayiş etdirib.
Yaxın Şərqin indiki mənzərəsinə ötəri baxışdan aydın olur ki, ABŞ-ın dediyi kimi, ərəb ölkələri hərbi qüdrətini xeyli artıran İrana qarşı müharibəyə başlasalar, ilk əvvəl özləri zərər görəcəklər. Elə bu səbəbdən də körfəz ölkələrinin buna cəsarət edəcəyini gözləmək sadəlövhlük olardı.
Bununla belə, neftin ucuzlaşmasıyla iqtisadiyyatı çətin vəziyyətə düşən İranın da, həmçinin sanksiyalardan əziyyət çəkən Rusiyanın da bu cür müharibəyə ciddi ehtiyacı var. Odur ki, ABŞ-ın arzuladığı müharibə üçün İran və Rusiyanın istənilən təxribata getmək ehtimalı istisna edilməməlidir.
Nədən ki, qarşılıqlı atışmalar nəticəsində Bəsrə körfəzinin neft tankerlərinin üzünə bağlanmasıyla qlobal neft bazarında qiymətlər misli görünməmiş səviyyədə yüksələ bilər. Bu isə İrandan çox, ərəb ölkələrinin zərərinədir. Digər körfəz ölkələrindən fərqli olaraq, İranın şərqindən öz neftini Çinə və digər Asiya ölkələrinə satmaq imkanları var. Körfəzdəki digər ərəb ölkələrinin isə ehtimal olunan bu müharibədə neft ixracatını dayandırmaqdan başqa çarələri yoxdur.
Tehranın son zamanlar Rusiyayla münasibətlərini yaxşılaşdırması, hətta Yaxın Şərqdə onunla müttəfiqlik etməsi də onun şansını artırır və həmin müttəfiqlikdən ABŞ-ın gözlənilən hücumlarına qarşı qalxan kimi istifadə etmək imkanı qazanır. Beləcə, beli ABŞ sarıdan möhkəm olan İranın körfəz ölkələriylə vuruşması çox da çətin deyil. Üstəlik, İranın yanında gözü Küveytdə olan İraq kimi dövlət var. Sünnü ərəb dünyasının böyük ümidlə baxdığı Türkiyə və Misir isə bu qədər axmaq savaşa ciddi şəkildə qoşulub ağrımayan başlarına duz bağlamazlar. Olsa-olsa sərt bəyanatlarla nə “şiş yansın, nə kabab” siyasəti izləyərlər. Xüsusilə, Misirin Yaxın Şərqdə Rusiyaya daha meylli siyasət yürütdüyü sezilir.
Qısacası, ortaya çıxan yeni geopolitik tablo Yaxın Şərq gərginliyinin yeni mərhələyə daşınmaq istəyindən xəbər verir. Yeni mərhələ - vətəndaş müharibəsindən regional müharibəyə keçiddir. Bəhanəsi isə yəqin ki, yenə məzhəb ayrıseçkiliyi olacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
Bu gün, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
Dünən, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
13-10-2025, 13:04
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
13-10-2025, 12:30
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
13-10-2025, 11:44
Baş nazir yeni qərar imzalayıb
13-10-2025, 09:58
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
12-10-2025, 18:07
İlham Əliyev Baş Assambleya iştirakçılarına müraciət edib
12-10-2025, 17:10
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir - Fotolar
12-10-2025, 10:19
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
11-10-2025, 18:04
Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır
10-10-2025, 15:43
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
10-10-2025, 14:16
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)
10-10-2025, 12:31
İlham Əliyev "Millət" sarayında çıxış edib - (Yenilənib) - Fotolar
10-10-2025, 11:42
İlham Əliyev: "Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir"
10-10-2025, 10:23
Azərbaycan və Tacikistan prezidentləri təkbətək görüşüb
9-10-2025, 21:50
İsrail Qəzzaya yardım aparan gəmidəki iki azərbaycanlını saxlayıb
9-10-2025, 20:35
İlham Əliyev Düşənbədə dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib - Fotolar
9-10-2025, 17:58
Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilib - (Yenilənib) - Video, Fotolar
9-10-2025, 17:13
Putin Əliyevlə görüşdə: "Müttəfiqlik davam edəcək"
9-10-2025, 14:15
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir - (Yenilənib) - Fotolar
9-10-2025, 14:08
Ağdərənin Vəngli kəndinə növbəti köç olub - (Yenilənib) - Fotolar
9-10-2025, 11:51
İlham Əliyev Tacikistanda səfərdədir - Fotolar
9-10-2025, 10:23
Əli Nağıyev: Bu gün daha 14 itkin-şəhidin adı açıqlanacaq
9-10-2025, 09:11
Bakıda kibertəhlükəsizlik festivalı başlayıb
8-10-2025, 15:03
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
8-10-2025, 13:06
Xocalıya növbəti köç karvanı gedib
8-10-2025, 12:59
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
8-10-2025, 11:56
Astara şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 17:44
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
Bu gün, 17:28
Bakıda Zəfər Günü parad olacaq
Bu gün, 16:17
Deputatın mandatına xitam verilib
Bu gün, 14:38
Rusiya dəmir yollarına hücumları artırıb
Bu gün, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
Bu gün, 13:25
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
Bu gün, 12:54
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
Bu gün, 12:46
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bu gün, 11:57
Xırdalanda 20 yaşlı gənc öldürülüb
Bu gün, 10:37
"Azneft”in direktoru vəzifədən azad olunub
Bu gün, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
Bu gün, 08:21
Suriyanın yeni lideri Moskvaya gəlir
Dünən, 21:22
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Dünən, 19:04
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
Dünən, 16:51
Akademiyaya rektor təyin edilib
Dünən, 15:38
Azərbaycan əhalisi artıb
Dünən, 14:17
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
Dünən, 13:07
Agentliyin işçiləri "Sədərək"də döyülüb
Dünən, 10:51
Şagird yerdəyişməsinə start verilir
Dünən, 09:40
Bu gün üç rayonda qaz olmayacaq
Dünən, 08:37
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
Dünən, 08:22
Rusları Latviyadan niyə qovurlar?
Dünən, 08:14
Belçika silahlanmaya 34 milyard avro xərcləyəcək
Dünən, 08:08
Bayden Trampı və komandasını tərifləyib
13-10-2025, 17:03
Agentliyin strukturu yenidən təşkil olunacaq
13-10-2025, 16:57
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
13-10-2025, 14:13
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13-10-2025, 13:38
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13-10-2025, 11:17
Son 24 saatda Zaporojyaya 570 zərbə endirilib
13-10-2025, 09:21
"Vüsal 300" ev dustaqlığına buraxılıb
13-10-2025, 09:12
Ərdoğan “Sülh Zirvəsi”nə qatılacaq
13-10-2025, 08:16
Avropada 3 ölkə yeni sərhəd nəzarətinə keçib
11-10-2025, 14:35
İcra başçısının sabiq müavini həbsdən buraxılmayıb
11-10-2025, 12:02
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
11-10-2025, 11:43
General Rasim Əliyev vəfat edib
11-10-2025, 10:20
Azərbaycanda palçıq vulkanı püskürüb
11-10-2025, 09:48
Metroda ölüm hadisəsi baş verib
11-10-2025, 00:42
DÇ-2026: millimiz Fransa yığmasına uduzub
10-10-2025, 21:45
İlham Əliyev Tacikistana səfərindən videopaylaşım edib
10-10-2025, 16:33
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
10-10-2025, 16:13
Prezident rəsmi qəbulda iştirak edib - Foto
10-10-2025, 16:05
Cinayət Məcəlləsinə dəyişiklik edilib
10-10-2025, 13:09
Nobel Sülh mükafatının laureatı məlum olub
10-10-2025, 12:19
Məmmədəli Ağayev azad edilib
10-10-2025, 12:07
Azərbaycanda yeni medal təsis olunub
10-10-2025, 11:31
Daha bir vəkilin fəaliyyəti 6 aylıq dondurulub