Mili Məclisin deputatları Belarusa gedir
Tarix: 21-02-2024 10:11 | Bölmə: Gündəm
Mili Məclisin deputatları Belarusa gedir

Azərbaycanlı deputatlar Belarusda keçiriləcək seçkiləri müşahidə edəcəklər.

Reyting.az
Milli Məclisə istinadla xəbər verir ki, Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər.

Deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}