Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Akademikin armudu stəkanındakı limon
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Ayı ata və oğula hücum edib
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Pakistanın qara səhifəsi - Fotolar
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Tarix: 13-05-2016 16:28 | Bölmə: Gündəm

"Azərbaycanda dövlət və din məsələləri yüksək səviyyədədir. Amma buna baxmayaraq bəzi çətinliklərimiz də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın”.
Reyting.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.
O bildirib ki, Azərbaycanda həm sünni, həm şiə məzhəbi mövcuddur. Ölkəmizdə sünnilərlə şiələr bir yerdə namaz qılır, sülh əmin-amanlıq şəraitində yaşayır. Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu hal heç bir ölkədə yoxdur.
Şeyx görüşdə İran-Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, son vaxtlar iki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var:
"Biz çalışırıq ki, o qüvvələrə mane olaq. Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu yaxınlarda prezident İlham Əliyevin İrana səfəri bunun ən yüksək səviyyədə olduğunu bir daha sübuta yetirdi. Bu qardaşlığın və dostluğun göstəricisidir”.
Şeyxülislam görüşdə Dağlıq Qarabağ probleminə də diqqət çəkib. O bildirib ki, bu problem Azərbaycanın ən böyük dərdidir:
"Qarabağda dini məbədlər işğal altındadır. Biz sülhə ümid edirik, sülh istəyirik. Azərbaycan tərəfi aprel ayında erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatın qarşısını alarkən ərazilərimizin bir hissəsini erməni işğalından azad edib. Bu prosesdə İran bizim səsimizə səs verib, bizə dəstək olub. Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır. Mən öz adımdan İran rəhbərliyinə təşəkkür edirəm. İki dövlət rəhbərinin bir-birinə olan qardaşlıq münasibəti böyük rol oynayır. Allaha dua edirəm ki, bu xoş münasibətlər, qardaşlıq davam etsin”.
A.İbrahimi Türkman isə Azərbaycanla İran arasındakı əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: "Mən səfərdə olarkən Azərbaycanda bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycan-İran münasibətlərinə mane olmaq istəyən qüvvələr istəsə də, buna nail ola bilməzlər”.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki