İki rayonun icra başçısı dəyişdirilib - Sərəncam
Tarix: 17-09-2024 16:18 | Bölmə: Gündəm
İki rayonun icra başçısı dəyişdirilib

Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Reyting.az
 xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Salyanın icra başçısı Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Daha bir sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.




Bölməyə aid digər xəbərlər