00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

İlham Əliyev kənd təsərrüfatı sərgiləri ilə tanış olub - FOTO
Tarix: 15-05-2019 17:31 | Bölmə: Gündəm

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro” sərgiləri ilə tanış olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Kənd Təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlət başçısına sərgilərlə bağlı məlumat veriblər.
Bildirilib ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada eyni zamanda qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.
Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib.
Dövlət başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Belarusun, İtaliyanın, Türkiyənin, Niderlandın, Gürcüstanın stendləri ilə tanış olub. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.
Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi də fəal iştirak edir. Ümumilikdə isə sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi sərgilərin təşkilatçısıdır.
Bu il “WorldFood Azerbaijan” sərgisi 25 illik yubileyini qeyd edir və bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurub.
Ənənəvi olaraq, sərgidə "Made in Azerbaijan" brendi altında geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları təqdim olunur. Burada eyni zamanda suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının da bir çox istiqamətləri üzrə böyük işlər görülüb, dövlətimizin başçısı tərəfindən mühüm qərar və sərəncamlar, həmçinin konkret sahələr üzrə Dövlət proqramları qəbul olunub. Bütün bunlar bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyənləşib. Bu sahələrə göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan investisiyaların həcmi də ildən-ilə artır.
Ölkəmizdə taxıl tədarükü istiqamətində də çox mühüm işlər görülüb. Ötən il 3,3 milyon ton taxıl tədarük olunub ki, bu da 2017-ci illə müqayisədə 13 faiz çoxdur. Bu il də artım gözlənilir. Belə ki, bu il ölkə üzrə 1 milyon 47 min 500 hektar sahədə yazlıq və payızlıq taxıl əkilib.
Həyata keçirilən bütün bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı eyni zamanda bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq fermerlər müasir kənd təsərrüfatı texnikası ilə təchiz edilir, onlara subsidiyalar, yanacaq, gübrə güzəştli şərtlərlə verilir, fermerlər torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün icra edilən tədbirlərin kompleks şəkildə davam etdirildiyini göstərir.
Kənd təsərrüfatı texnikasının ucuzlaşması isə bazarın liberallaşmasının, azad rəqabət mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aqrar texnologiyalar bazarında aparılan liberallaşma siyasəti şirkətlərin bu sahəyə marağını daha da artırıb.
Dövlət başçısı “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin işinə uğurlar arzulayıb.
Bölməyə aid digər xəbərlər

Dünən, 15:58
Əli Əsədov sərəncam imzalayıb
14-09-2025, 17:31
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
14-09-2025, 10:10
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
13-09-2025, 13:27
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
13-09-2025, 12:21
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
12-09-2025, 15:14
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
12-09-2025, 08:14
Ermənistan iki cəbhədə işləyir
11-09-2025, 16:36
Prezident İlham Əliyev sərəncam imzalayıb
11-09-2025, 16:08
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
11-09-2025, 11:40
Nazir: 113 müəssisə ilə bağlı qərar veriləcək
10-09-2025, 15:44
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
10-09-2025, 15:11
Əli Əsədov yeni qərar imzalayıb
10-09-2025, 14:35
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
10-09-2025, 14:05
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
10-09-2025, 13:58
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
10-09-2025, 10:28
Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib - Video
9-09-2025, 23:25
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
9-09-2025, 17:01
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
9-09-2025, 13:55
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
9-09-2025, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
8-09-2025, 16:02
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
8-09-2025, 15:55
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
8-09-2025, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
8-09-2025, 15:20
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
8-09-2025, 14:46
Rezidenturaya qeydiyyat prosesi başlayır
8-09-2025, 12:22
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq
8-09-2025, 12:08
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
8-09-2025, 11:28
Prezident Qordana Silyanovska-Davkovaya məktub göndərib
5-09-2025, 13:01
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
5-09-2025, 10:51
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
4-09-2025, 16:22
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video