18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xüsusi karantin rejimi daha iki həftə uzadılacaq - Prezidentin köməkçisi açıqladı
Tarix: 30-06-2020 18:26 | Bölmə: Gündəm
Xüsusi karantin rejimi daha iki həftə uzadılacaq - Prezidentin köməkçisi açıqladı

“Nazirlər Kabineti yanında Operativ Qərargah Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti və diqqəti altında fəaliyyət göstərir”.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər