Azərbaycanda daha 474 nəfər koronavirusa yoluxub, vəfat edənlər var - Foto
Tarix: 13-01-2021 16:38 | Bölmə: Gündəm
Azərbaycanda daha 474 nəfər koronavirusa yoluxub, vəfat edənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 287 959 test aparılıb.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}