21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır - Memorandum
Tarix: 21-01-2021 14:48 | Bölmə: Gündəm
Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır

21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Reyting.az xəbər verir ki, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Prezident İlham Əliyev deyib ki, bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır: "Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi”.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər