18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Turan Tovuz” ev oyunları ilə bağlı qərar verib
Tarix: 07-01-2024 11:32 | Bölmə: İdman
“Turan Tovuz” ev oyunları ilə bağlı qərar verib

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.

Reyting.az
kluba istinadla xəbər verir ki, çempionatın XVIII turunda “Araz-Naxçıvan”la oyun zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib. Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.

Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.

Qeyd edək ki, ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}