18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Neftçi”nin basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb
Tarix: 07-01-2024 18:02 | Bölmə: İdman
“Neftçi”nin basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.

FIBA-ın məlumatına görə, Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk “üçlük”də qərarlaşıb.

30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikinci sırada qərarlaşıb.

İlk “10-luq”da yer alan komandalar:

1. Kanada - 628,222

2. Çin - 591,292

3. “Neftçi” (Azərbaycan) - 543,813

4. ABŞ - 409,451

5. Fransa - 407,802

6. Almaniya - 383,461

7. İspaniya - 369,706

8. “Yuanda” (Çin) - 345,176

9. Niderland - 335,568

10. “Düsseldorf” (Almaniya) - 319,771

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}