18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Tottenhem" Timo Verneri icarəyə götürüb
Tarix: 10-01-2024 11:37 | Bölmə: İdman
"Tottenhem" Timo Verneri icarəyə götürüb

İngiltərə Premyer Liqa təmsilçisi “Tottenhem” Almaniyanın “Leypsiq” komandasının hücumçusu Timo Verneri heyətinə qatıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, "Tottenhem" klubu 27 yaşlı alman futbolçu Vernerin satın alma opsiyonu ilə mövsümün sonuna qədər icarəyə götürüldüyünü təsdiqləyib.

İngiltərə mətbuatında satınalma variantının 17 milyon avro olduğu iddia edilib: "Əgər futbolçu mövsümün sonuna qədər əla performans göstərsə, onun birdəfəlik transferi üçün 17 milyon ödəniləcək. Əks halda, mövsümün sonunda o, komandadan geri göndəriləcək".

Xatırladaq ki, Verner 2020-ci ildə "Ştutqart" və "Leypsiq"də oynadıqdan sonra "Çelsi"yə transfer olunub. "Mavilər"də gözlənilən oyunu oynaya bilməyən Verner 2022-ci ildə "Leypsiq"ə qayıdıb. Alman futbolçu bu mövsüm "Leypsiq"lə 14 oyunda 2 qol vurub.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}