Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıb
Tarix: 10-01-2024 16:09 | Bölmə: İdman
Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə “bolugundem.com” saytı məlumat yayıb.

Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb(Report).

Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər