Avropa Liqasında cavab oyunları keçiriləcək
Tarix: 05-05-2016 14:30 | Bölmə: İdman


Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Qol.az-ın məlumatına görə, baş tutacaq iki oyundan sonra finalçılar müəyyənləşəcək.

Evdə "Sevilya" ilə 2:2 bərabərə qalan Ukraynanın "Şaxtyor" klubu səfərdə rəqibini üstələməyə çalışacaq.

Yurgen Kloppun "Liverpul"u isə doğma meydanda "Vilyarreal"ı qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

5 may

Avropa Liqası, yarımfinalın cavab oyunları

23:05. "Sevilya" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun - 2:2

23:05. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 0:1





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}