12:36 / 08-02-2025
Sabah qar yağacaq
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə"ni məğlub edib
Tarix: 06-02-2025 17:59 | Bölmə: İdman
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə"ni məğlub edib

"Araz-Naxçıvan" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Zirə"ni məğlub edib.

Məlumata görə, Naxçıvan təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

Bernardo Dias 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Tərəflər arasındakı cavab qarşılaşması fevralın 28-də olacaq.

Bu gün "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib