"Formula-1” yekunlaşdı – Qalib Valtteri Bottasdır - Cədvəl
Tarix: 28-04-2019 19:02 | Bölmə: İdman
"Formula-1” yekunlaşdı – Qalib Valtteri Bottasdır

Bakıda keçirilən "Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Mövsümün dördüncü mərhələsində "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini geridə qoyub. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsidir.

İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub.

Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 2 ildə isə müvafiq olaraq, "Red Bull"dan Daniel Rikkardo və "Mercedes"dən Luis Hamilton qalib adına yiyələnib.

"Formula-1” yekunlaşdı – Qalib Valtteri Bottasdır

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}