“Fiorentina”nı amerikalı milyarder aldı
Tarix: 25-05-2019 12:27 | Bölmə: İdman
 “Fiorentina”nı amerikalı milyarder aldı

İtaliya əsilli amerikalı milyarder Rokko Komisso “Fiorentina”nın yeni sahibi olacaq.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, futbol klubunun ona 150 milyon dollara başa gələcəyi və gələn həftə rəsmi açıqlama veriləcəyi gözlənilir.

Komisso artıq “Nyu-York Kosmos”un sahibidir.

“Fiorentina” İtaliya çempionatında 15-ci sıradadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}