Amerika Kubokunun yarımfinalında Braziliya və Argentina oynayacaq
Tarix: 29-06-2019 02:11 | Bölmə: İdman
Amerika Kubokunun yarımfinalında Braziliya və Argentina oynayacaq

Argentina millisi Amerika Kubbokunun ¼ final mərhələsində Venesuelanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb.

Reyting.az xəbər verir ki, Argentinanın yarımfinaldakı rəqibi bir gün əvvəl Paraqvayı onbirmetrlik zərbələrlə məğlub edən Braziliya olacaq.

Argentinaya qələbəni “İnter”in hücumçusu Lautaro Martinesin və “Betis”in yarımmüdafiəçisi Covani Lo Çelsonun vurduğu qollar gətirib. Lionel Messi bütün oyun zamanı meydanda olsa da, yenə fərqlənə bilməyib. “Barselona”nın lideri Amerika Kubokunda yalnız bir qol vurub.

Argentina-Braziliya yarımfinalı iyulun 3-də baş tutacaq. İkinci yarımfinalda Kolumbiya-Çili və Uruqvay-Peru cütlüklərinin qalibləri qarşılaşacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}