17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan millisi Gürcüstana uduzdu
Tarix: 10-09-2019 22:53 | Bölmə: İdman
Azərbaycan millisi Gürcüstana uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0.

45+2-ci dəqiqədə Vato Arveladze hesabı açıb. Azərbaycan yığmasının heyətində Hacıağa Hacılı 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 73-cü dəqiqədə İrakli Bugridze ikinci qolu vurub. 84-cü dəqiqədə isə Giorgi Arabidzefərqi daha da artırıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmasında isə Slovakiyanı məğlub edib - 2:1




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}