"Neftçi"nin oyunçusu milli komandadan kənarlaşdırılıb
Tarix: 06-10-2019 13:35 | Bölmə: İdman
"Neftçi"nin oyunçusu milli komandadan kənarlaşdırılıb

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayev əsas komandadan kənarlaşdırılıb.

Onun əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Qeyd edək ki, yığma oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər