Dünya kuboku: 4 idmançımız medal qazanıb
Tarix: 24-02-2020 14:09 | Bölmə: İdman
Dünya kuboku: 4 idmançımız medal qazanıb

Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib.

Milli Paralimpiya Komitəsindən Reyting.az-a verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}