09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
"Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib
Tarix: 08-03-2020 23:18 | Bölmə: İdman
"Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 31-ci dəqiqədə Abdullah Zubir açıb. 87-ci dəqiqədə isə Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 45-ə çatdıran "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"dən 8 xal aralanıb. "Keşlə" isə 30 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Səbail"i məğlub edib - 3:1. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"a 5:0, "Neftçi" isə "Sabah"a 4:0 hesabı ilə qalib gəlib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər