Ronaldu "Yuventus"la bağlı qərarını verdi
Tarix: 25-04-2020 14:01 | Bölmə: İdman
 Ronaldu "Yuventus"la bağlı qərarını verdi

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu hazırkı komandasını vaxtından tez tərk etməyəcək.

Məlumata görə, portuqaliyalı hücumçu müqaviləsinin bitəcəyi 2022-ci ilin yayınadək Turin təmsilçisində çıxış etmək niyyətindədir.

Fransa PSJ-sinin onunla maraqlanmasına baxmayaraq, 35 yaşlı forvard İtaliyada qalacaq.

Qeyd edək ki, 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunan Kriştiani Ronaldu bu mövsüm A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər