UEFA milli assosiasiyalardan hesabat tələb etməyəcək
Tarix: 14-05-2020 17:15 | Bölmə: İdman
UEFA milli assosiasiyalardan hesabat tələb etməyəcək

UEFA milli çempionatların taleyi ilə bağlı assosiasiyaların qarşısına qoyduğu tələbləri yumşaldıb.

Bu barədə qitə futbol qurumundan "Sport-Ekspress" nəşrinə bildirilib.

UEFA artıq milli federasiyalardan çempionatların bərpası və 2020/2021 mövsümünün başlanğıc tarixləri barədə mayın 25-dək hesabat vermələrini tələb etməyəcək.

Qurumun İcraiyyə Komitəsinin mayın 27-də bəzi vacib qərarlar qəbul edəcəyinə baxmayaraq, rəhbərlik bəzi ölkələrin mövcud vəziyyətlə bağlı müxtəlif məhdudiyyətlərə görə detallı plan hazırlaya bilməyəcəyini anlayır.

Qeyd edək ki, yerli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 mayadək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqası və UEFA-ya məlumat verilməlidirlər. Bu, UEFA İcraiyyə Komitəsinin verdiyi qərara əsasən tələb olunan tarixdir/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər