Futbolçu: “Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi”
Tarix: 04-07-2020 10:50 | Bölmə: İdman
Futbolçu: “Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi”

Haitili futbolçu Donald Gerye yenidən “Qarabağ”a qayıdışını şərh edib.

Reyting.az
-ın məlumatına görə, Donald Gerye ölkəsinin haititempo.com saytına müsahibəsində deyib ki, Ağdam klubunda oynayacağınadan şaddır:

“Bu komandada özümü həmişə vacib oyunçu saymışam. Müəyyən fikir ayrılığından sonra yenidən bir yerdəyik. Mən xoşbəxtəm və özümü evimdəki kimi hiss edirəm.

“Neftçi”ni tərk etdikdən sonra menecerimlə danışdım. O, mənə Türkiyədən bir neçə təklifin olduğunu dedi. Amma bilirsiniz ki, indiki maliyyə problemi dövründə maaş almaq çətindir. Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi. Bu, yaxşı komandadır. Klubda maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir. Mənim həyat yoldaşım da “Qarabağ”a qayıtmağımı istəyirdi”.

Gerye deyib ki, Ağdam klubuna budəfəki transferindən əvvəl bir neçə futbolçu ilə danışıb: “Onlar da dedi ki, qayıt. Fanatlar da vardı. Biz müzakirə etdik və qərara gəldik ki, qayıtmaq ən yaxşı variantdır. Ona görə də müqavilə bağladım”.

Gerye bildirib ki, “Qarabağ”da həmişə yaxşı oynayıb: “Mən buna görə həyat yoldaşıma və ailəmə təşəkkür edirəm. Mən, həmçinin Qurban Qurbanova minnətdarlığımı bildirirəm. Burada əlimdən gələni edəcəyəm. İnanıram ki, yenidən yaxşı forma yığıb əsl Donald Geryenin kimliyini meydanda göstərəcəyəm.

Mən “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Ona görə yox ki, “Qarabağ”a qayıtmaq istəyirdim. Biz sadəcə görüşdük. Çünki o, yaxşı insandır. O, mənim üçün çox şey edib və uğurlarımda pay sahiblərindəndir. Bizim münasibətlərimiz qalırdı və tez-tez danışırdıq”.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}