Sabiq baş məşqçi Azərbaycanın milli komandasında işləməyə hazırdır
Tarix: 07-07-2020 12:28 | Bölmə: İdman
Sabiq baş məşqçi Azərbaycanın milli komandasında işləməyə hazırdır

"Qəbələ"nin və "Astana"nın sabiq baş məşqçisi Roman Qriqorçuk bu yaxınlarda adının Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib.

Reyting.az
xəbər verir ki, o, Ukrayna mətbuatına müsahibəsində bununla bağlı deyib:

"Mən həmişə bu suallara belə cavab verirəm: "Şərh yoxdur". İndi müasir dünyada bir çox fərqli məlumat yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini başa düşmək belə çətindir. Bu cür xəbərləri şərh etməklə, belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunların ikisi də fərqli işlərdir. Əvvəllər özümü heç bir yığma komandanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu istiqamətdəki fəlsəfəm düzəldi və bu işə hazır olduğumu gördüm".(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər