13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
AFFA 6 klubu cəzalandırıb - Siyahı
Tarix: 08-09-2020 13:25 | Bölmə: İdman
AFFA 6 klubu cəzalandırıb - Siyahı

Bu gün AFFA-nın intizam Komitəsinin iclası olub.

Reyting.az
xəbər verir ki, iclasda Premyer Liqanın I turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər