17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Fatih Terim "Neftçi"nin zəif və güclü tərəflərindən danışıb
Tarix: 14-09-2020 14:08 | Bölmə: İdman
Fatih Terim "Neftçi"nin zəif və güclü tərəflərindən danışıb

Türkiyə "Qalatasaray"ı UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

"TRT Spor" xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim flaqmanın güclü və zəif tərəflərini analizlərlə futbolçularına başa salıb.

Superliqanın ilk turunun "Qaziantep"lə matçında (3:1) sərgilənən oyun və qazanılan qələbə "ağ-qaralar"la matç öncəsi məşqçilər heyətini sevindirib.

Bundan başqa, sözügedən görüşdə zədələnən Emre Kılınçın durumunun ciddi olmadığı və Azərbaycan təmsilçisinə qarşı oynaya biləcəyi vurğulanıb.

Yarımmüdafiə xəttini gücləndirmək üçün transfer işlərini də davam etdirən  İstanbul klubu Portuqaliya "Sportinq"inin futbolçusu İdrissa Dumbiya ilə yaxından maraqlanır. "Cim-Bom" 22 yaşlı kot-D ivuarlı yunçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}